PDF Oxu

Siyasət

  • 12

Millət vəkili: “Ermənistan danışıqlardan qaçmaq istəyir”

Millət vəkili: “Ermənistan danışıqlardan qaçmaq istəyir”

"Davos İqtisadi Forumunun ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Ölkə başçısı İlham Əliyev də bu forumda iştirak edərək orada çox mühüm görüşlər həyata keçirdi. Həmin görüşlər Azərbaycanın iqtisadiyyatı, siyasəti üçün vacibdir". Bu sözləri SİA-ya millət vəkili Eldar İbrahimov İsveçrədə keçirilən Davos İqtisadi Forumunun əhəmiyyətindən danışarkən deyib.Hər il ölkəmizin bu forumda iştirak etdiyini dilə gətirən millət vəkilinin sözlərinə görə, bu il də isveçrədə təşkil olunan forum ölkəmiz üçün xüsusi rola malik olacaq: "Ölkə başçısının forum çərçivəsində keçirdiyi görüşlər həm ölkəmizin iqtisadi inkişafına, həm də siyasi proseslərin gələcək həyatında mühüm və faydalıdır. Xarici şirkətlərlə görüşlər ölkəmizə olan marağın daha da artmasına, iqtisadi-siyasi nüfuzuna müsbət təsir göstərən amillərdir. Bir sözlə, Davos Forumunun Azərbaycan iqtisadiyyatı və siyasəti üçün xeyri olacaq".Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribat xarakterli addımlara da münasibət bildirən millət vəkili bildirib ki, Ermənistan danışıqlar prosesi ortaya gələndə bu kimi təxribata əl atmağa çalışır: "Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu artıq onların qanındadır desək yanılmarıq. Ermənistan bu cür qarşıdurmalar yaratmaqla danışıqlardan qaçmaq və ya görüşləri pozmaq istəyir. Ölkə başçısının siyasi iradəsi nəticəsində problem ya müharibə, ya da sülh yolu ilə öz həllini tapacaq. Bunun başqa yolu yoxdur. Təbii ki, bizim mövqeyimiz məsələni sülh yolu ilə həll etməkdir. Amma görünür, Ermənistan münaqişənin həllini müxtəlif yol və bəhanələrlə uzatmağa can atır".

sia.az

Digər xəbərlər