PDF Oxu

Siyasət

  • 15

Novella Cəfəroğlu: “Özüm bilirəm ki, kiməm”

Novella Cəfəroğlu: “Özüm bilirəm ki, kiməm”

"Azadlıq" qəzeti indi dedi-qodu ilə məşğuldur. Ona buna şər-böhtan atır". SİA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyası Məclisinin üzvü, "Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti"nin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuatda Müsavat-AXCP qarşıdurmasına münasibətini açıqlayarkən deyib.

Müsavatçı funksioner qarşı tərəfin onun təmsil olunduğu partiyanı hakimiyyətlə sövdələşmədə ittiham etməsinə cavab verərkən deyib ki, AXCP hazırda da sosial şəbəkələrdə Müsavatı təhqir obyektinə çevirib: "AXCP-nin Müsavata qarşı "facebook"da təhqirlərinə baxın. Başa düşürəm ki, demokratik dövlətdə hamı istədiyini yazır, amma bir ideyaya xidmət edən, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyər? Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik".

Cəbhə funksionerlərinin onu hakimiyyətə işləməkdə günahlandırmalarına da münasibətini bildirən Novella Cəfəroğlu qarşı tərəfin ittihamlarına ilginc cavab verib və qeyd edib ki, bu kimi iftiralar onu qorxutmur: "Bəli, mən hakimiyyətlə işləyirəm. Bu, işbirliyi deyil. Tək mən yox, İnsan Hüquqları Monitorinq qrupunda hər kəs hakimiyyətlə işləyir, işləyəcəyik də. Bu cür iftiralar bizi qorxutmur. Bu tənqidləri yaxınıma buraxmıram, nə qədər danışırlar, danışsınlar. Özüm bilirəm ki, kiməm".

sia.az

Digər xəbərlər