PDF Oxu

Siyasət

  • 16

Dünya Bankı Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini proqnozlaşdırmışdır

Dünya Bankı Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini proqnozlaşdırmışdır

Dünya Bankı yaxın üç ildə Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini proqnozlaşdırmışdır. Qurumun mütəxəssisləri Azərbaycanla bağlı iqtisadi proqnozların müsbət olduğunu bildirmişlər.

Azərbaycanla yanaşı bir sıra Avropa ölkələrinin iqtisadiyyatında da irəliləyişlərin olacağını bildirən mütəxəssislər MDB məkanında yalnız Azərbaycan və Qazaxıstan iqtisadiyyatında müsbət meyillərin olacağını qeyd etmişlər. Onların gəldiyi qənaətə görə, Rusiya və iqtisadiyyatı Rusiyadan asılı olan bir sıra postsovet ölkələrində, xüsusilə Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovada bu il də artım müşahidə olunmayacaqdır.

Qeyd edək ki, BMT-nin iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin ekspertləri də Azərbaycan iqtisadiyyatının inkişaf tempinin artacağını proqnozlaşdırırlar.

yap.org.az

Digər xəbərlər