PDF Oxu

Siyasət

  • 15

Xəzər Teyyublu: “Çox iyrənc dava-dalaş hökm sürür”

Xəzər Teyyublu: “Çox iyrənc dava-dalaş hökm sürür”

"Bəli, "Xalq cəbhəsinin Yurd həqiqətləri" kitabı çox dəyərli kitabdır və biz bu kitabı çap edərək tarixin öhdəsinə buraxdıq. Bu kitabda həqiqətlər əks olunub. Kitabda o vaxt Xalq Cəbhəsi daxilində baş vermiş olaylardan bəhs olunur". Bu fikirləri SİA-ya açıqlamasında KAXCP sədrinin müavini Xəzər Teyyublu "Azadlıq" qəzetində dərc olunmuş "Rauf Arifoğlunun yeni pozuculuq planı" adlı məqalədə yer almış "Rauf Arifoğlu "Xalq cəbhəsinin Yurd həqiqətləri" kitabından istifadə etməklə AXCP və KAXCP-nin arasına nifaq salmaq istəyir" fikrinə münasibət bildirərkən söyləyib.Xəzər Teyyublu, həmçinin, AXCP və Müsavat partiyaları arasında davam edən qarşıdurmaya münasibət bildirərək qeyd edib ki, bu münaqişələri şiddətlə qınayır: "Çox iyrənc dava-dalaş hökm sürür. Buna münasibət belə bildirmək istəmirəm. Bu kitabdan kimin hansı məqsəd üçün istifadə etdiyi ilə də maraqlanmıram".

sia.az

Digər xəbərlər