PDF Oxu

Siyasət

  • 18

Gülağa Aslanlı: “Əvəz Temirxanı real müxalifət qüvvəsi hesab etmirəm”

Gülağa Aslanlı: “Əvəz Temirxanı real müxalifət qüvvəsi hesab etmirəm”

"Əvəz Temirxan getsin öz partiyasının işləri ilə məşğul olsun. Onun İsa Qəmbər haqqında nəsə deməsinə ehtiyac yoxdur. O, 8 ildir hardasa qalan və indiyə qədər doğru-dürüst müxalif mövqedə birləşməyən Lalə Şövkətlə ilgilənsin". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın "Müsavat Partiyasının qurultayı keçirilərsə, İsa Qəmbər başqan postundan gedərsə, ALP Müsavat Partiyası ilə əməkdaşlıq edəcək" fikrinə münasibət bildirərkən söyləyib.Başqan müavini, həmçinin, bildirib ki, Əvəz Temirxanı müxalifət qüvvəsi hesab etmir: "Əvəz Temirxanı real müxalifət qüvvəsi hesab etmirəm. Müxalifətlə bağlı onun fikirləri də əhəmiyyətli deyil".

sia.az

Digər xəbərlər