PDF Oxu

Siyasət

  • 34

Bayıl yaşayış sahəsi üzrə ötən ilin hesabatı verilib

Bayıl yaşayış sahəsi üzrə ötən ilin hesabatı verilib

Bu gün Bayıl yaşayış sahəsində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, toplantıda 2013-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq təşkilati işlər aparılıb, Bayıl yaşayış sahəsində nümayəndəlik üçün xüsusi yer ayrılıb, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunub.

Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ərazidə Bakıda Su İdmanı Sarayının təməlqoyma, Milli mətbuat günü münasibəti ilə Əhəd Yaqubov küçəsində jurnalistlər üçün tikilib, binada mənzillərin paylanması və inşa ediləcək növbəti binanın təməlqoyma mərasimləri keçirilib, oktyabrın 19-da ölkə başçısı yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmməsi ilə bağlı Dövlət Bayrağı Meydanını ziyarət edib: "Ötən il "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Arif İsmayılov küçəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulub, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunub, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və 20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunmuş, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılıb. 20-ci sahə ərazisində 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir, "Turac" uşaq bağçasında möhkəmləndirmə-yenidənqurma işləri başa çatmaq üzrədir"

N.Muradov həmçinin bildirib ki, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir: "ötən il həmçinin Bayıl dairəsi ərazisində abadlıq işləri görülüb, yeni yeraltı keçidin inşası, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri aparılır. Ötən il Prezidentinin seçikləri ilə bağlı ərazidə 15 seçki məntəqəsinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Seçicilərin 72 % -i səsvermədə iştirak edib".

Daha sonra toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb.

A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr haqqında məlumat verib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunan Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Toplantıda sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər