PDF Oxu

Siyasət

  • 17

Siyavuş Novruzov: “Leyla Yunus insan hüquqları məsələsini siyasi alverə çevirib”

Siyavuş Novruzov: “Leyla Yunus insan hüquqları məsələsini siyasi alverə çevirib”

"Azərbaycanda siyasi məhbus yoxdur. Bu ölkədə heç kim siyasi fəaliyyətinə görə həbs olunmayıb". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Leyla Yunusun hazırladığı qondarma "siyasi məhbus" siyahısını ictimaiyyətə təqdim etməsinə münasibət bildirərkən deyib.YAP İcra katibinin müavini qeyd edib ki, hansı partiyanın üzvü olmağından asılı olmayaraq hər kim bu və ya digər şəkildə cinayət törədibsə qanun qarşısında cavab verməlidir: "Vaxtilə Avropa Şurası siyasi məhbus məsələsini gündəmə çıxaranda bu məsələyə baxılaraq həll edildi. Hələ o zaman Leyla Yunus Vətənə xəyanət edənləri, torpaq satanları, ölkədə teror aktları həyata keçirənləri siyasi məhbus kimi təqdim edirdi. Onun hazırladığı siyahının cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Leyla Yunus insan hüquqları məsələsini siyasi alverə, ticari predmetə çevirib".Siyavuş Novruzov onu da vurğulayıb ki, bu xanım Azərbaycanı istəməyən bəzi qüvvələrin və ermənilərin təhriki ilə onlardan aldığı vəsait hesabına Azərbaycanda heç bir siyasi baxışı olmayan insanları siyasi məhbus kimi təqdim etməyə çalışır: "Bir neçə hüquq müdafiə təşkilatı da Leyla Yunusun qərəzli hesabatları, saxta siyahılar hazırladığı, məsələni alver predmetinə çevirdiyi barədə Avropa Şurasına, ayrı-ayrı qurumlara məlumat təqdim edib".

sia.az

Digər xəbərlər