PDF Oxu

Siyasət

  • 40

Əli Məsimli: Forum Azərbaycan imicinin daha da güclənməsi baxımından çox önəmlidir

Əli Məsimli: Forum Azərbaycan imicinin daha da güclənməsi baxımından çox önəmlidir

"Davos İqtisadi Forumu çərçivəsindəki sessiyalarda bir neçə mövzuya diqqət yetirilir. Bunlar innovasiyanın müasir həyata təsiri, qlobal inkişafın perspektivləri, iqtisadi proseslərdə vətəndaş cəmiyyətinin iştirakı, dünya əhalisinin artması ilə bağlı məsələlərdir. Bu aktual mövzularla yanaşı ümumi maliyyə durumu, qlobal enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri kimi ciddi məsələlər də müzakirə olunur". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, Azərbaycanın Davosda keçirilən Dünya İqtisadi Forumunda ən yüksək səviyyədə təmsil olunması çox müsbət haldır. Onun fikrincə, forumun səviyyəsi çox yüksək olduğundan, burada əksəriyyəti qane edən səviyyədə çıxış etmək, mürəkkəb kombinasiyalı suallara cavab verə bilmək hər siyasətçiyə nəsib olmur.

"Azərbaycan Prezidentinin bu mötəbər forumdakı çıxışları Azərbaycanın imicinə əhəmiyyətli dərəcədə təsir edir. Bu həm, Azərbaycanın potensial imkanlarının ən yüksək tribunalardan birindən həmin tribunaya adekvat səviyyədə sərgilənməsi, həm də, Azərbaycan imicinin daha da güclənməsi baxımından çox önəmlidir"- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər