PDF Oxu

Siyasət

  • 29

Sahibə Qafarova: “Human Rights Watch” öz fəaliyyətində demokratik prinsipləri deyil, konkret sifariş və maraqları əsas tutur

Sahibə Qafarova: “Human Rights Watch” öz fəaliyyətində demokratik prinsipləri deyil, konkret sifariş və maraqları əsas tutur

"Vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan "Human Rights Watch" təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb.

Təşkilat bir sıra güc mərkəzlərinin, islamafob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir". Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, "Human Rights Watch"un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Onun sözlərinə görə, "Human Rights Watch"un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir.

"Ümumiyyətlə, təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi "qiymət" onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe "Human Rights Watch"un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat, konkret qüvvələrin tapşırıqlarını icra edir"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər