PDF Oxu

Siyasət

  • 21

İsrailin Azərbaycandakı səfir: Azərbaycanın energetika sahəsində təcrübəsi İsrail üçün çox vacibdir

İsrailin Azərbaycandakı səfir: Azərbaycanın energetika sahəsində təcrübəsi İsrail üçün çox vacibdir

Neft-qaz sahəsində Azərbaycanla İsrail arasında əməkdaşlıq, karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və nəql edilməsi sahəsində ARDNŞ-in qabaqcıl təcrübəsi ilə tanışlıq İsrailin neft-qaz sahəsinin uğurlu inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu fikri İsrailin Azərbaycandakı səfiri Rafi Arpaz söyləmişdir.

Səfir qeyd etmişdir ki, Aralıq dənizinin İsrailə aid şelfində kəşf olunmuş Tamar, Dalit və Leviafan yataqlarında külli miqdarda təbii qaz ehtiyatı vardır. Bu yataqlar Levanti çöküntü hövzəsi coğrafi zonasına aiddir. Mütəxəssislərin fikrincə, həmin hövzədəki təbii qaz yataqlarının ümumi ehtiyatları üç trilyon kubmetrə bərabərdir.

Diplomat demişdir: "Bu yataqların mənimsənilməsi baxımından Azərbaycanın energetika sahəsində təcrübəsi İsrail üçün çox vacibdir".

Onun sözlərinə görə, İsrail həmin yataqların sübut edilmiş qaz ehtiyatlarının 40 faizə qədərini ixrac etməyi planlaşdırır, lakin İsrail şirkətlərinin şelfdə karbohidrogenlər hasilatı sahəsində təcrübəsi hələ azdır. Səfir Rafi Arpaz demişdir: "Dünyada ilk dəfə Xəzər dənizində neft və qaz yataqlarının mənimsənilməsinə başlamış Azərbaycan isə bu sahədə xeyli təcrübə toplamışdır və biz həmin təcrübəni öyrənmək istərdik".

yap.org.az

Digər xəbərlər