"Human Rights Watch" Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Onun sözlərinə görə, "Human Rights Watch" ölkəmiz haqqında məlumatları ayrı-ayrı "hüquq müdafiəçilərindən" və müxalifət partiyalarından alır.
"Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada "Human Rights Watch" təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır" – deyə, komitənin sədr müavini vurğulayıb.
Belə hesabatların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, həqiqət və ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bu bəşəri dəyərləri aşınmaya məruz qoyur. Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələlərə ədalətli arxa plana keçiməsi çox zərərləri tendensiyadır. Ölkəmiz son illər bütün sahələr üzrə inkişaf etməkdiyini deyən S.Fətəliyevanın bildirdiyinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib.
"Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, "Human Rights Watch" təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur"- deyə, komitə sədrinin müavini vurğulayıb.
yap.org.az