PDF Oxu

Siyasət

  • 22

AŞPA-nın qış sessiyası bu gün başlayır

AŞPA-nın qış sessiyası bu gün başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, bu sessiyada dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq.

"Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək", "İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti", "Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması", "Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi", "Avropadakı miqrantların problemləri" və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək. İclasda "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" məsələsi gündəmdə olacaq. "Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi" mövzusu nəzərdən keçiriləcək.

Strasburqda keçiriləcək plenar iclasda əsas müzakirə məsələsi qurumun yeni sədrinin seçilməsi olacaq. Assambleya üzvləri Lüksemburqun AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım An Brassör və Birləşmiş Krallığın nümayəndə heyətinin rəhbəri Robert Valter arasında seçim etməli olacaqlar.

Qeyd edək ki, qurumun builki qış sessiyasında 2012-ci ildən Assambleyaya sədrlik edən fransalı deputat Jan-Klod Minyonun mandatı bitir və Assambleya növbəti iki il müddətinə yeni sədrini seçməlidir. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən, bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunundur.

sia.az

Digər xəbərlər