"Azərbycan tərəfi Qarabağ münaqişəsinin həllində hər zaman sülh variantına, bu problemin danışıqlar yolu vasitəsilə çözülməsinə üstünlük verib. Ancaq Ermənistanın ənənəvi təxribatçı addımları nəticəsində bu problem danışıqlarla həll olunmayacaqsa, o zaman müharibədən başqa variant yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ülvi Quliyev bildirib.Ermənistan tərəfinin cəbhə xəttində atəşkəs rejimini pozmasını və son günlər cəbhədə yaranan müharibə təhlükəsini şərh edən millət vəkili Ü.Quliyev qeyd edib ki, Ermənistan tərəfi müxtəlif yollarla sülh danışıqlarına zərbə vurur: "Ermənistan həmişə atəşkəs rejimini pozub, hər gün, hər saat cəbhə xəttində atəşkəsi piozur, təxribatçı metodlara əl atır, kəndlərə, dinc sakinlərə atəş açırlar. Bu birinci dəfə deyil ki. Məsələ bundadır ki, bu nə qədər və hansı vaxta kimi davam edəcək!? Ermənistan bütün bunları ciddi düşünməlidir. Çünki Azərbaycanın çox güclü ordusu, kosmik sürətlə inkişaf edən iqtisadiyyatı var. Cəbhə xəttindəki son hadisələr zamanı biz şahidi olduq ki, bizim ordumuz Ermənistanı yerində oturtmağa qadirdir. Buna heç kimin şübhəsi olmasın. Ancaq indiki şəraitdə müharibə variantı real görünmür".Ermənistanın tərəfinin cəbhədəki son günlərdəki addımlarında Rusiya faktorunun da rol oynadığını deyən millət vəkili onu da əlavə edib ki, Azərbaycanda həyata keçirilən hərbi quruculuq işlərindən hər kəs xəbərdardır: "Bunu Rusiya da, Ermənistan da bilir. Rusiyanın bu mıəsələdə Ermənistana təzyiqi az deyil. Biz Ermənistan tərəfinin atdığı bütün addımlara hazır olmalıyıq. Necə ki, Cənab Ali Baş Komandan tərəfindən hərbi quruculuq sahəsində müstəsna işlər görülür".
sia.az