PDF Oxu

Siyasət

  • 30

İordaniya və Azərbaycan parlamentləri arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır

İordaniya və Azərbaycan parlamentləri arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin parlamentinin yuxarı palatasının (Senat) üzvü, İordaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud ilə görüşmüşdür.

Görüşdə parlamentlər arasındakı əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmış, bu əlaqələrin dövlətlər arasındakı münasibətlərin inkişafındakı rolunun əhəmiyyəti vurğulanmış, işçi qrupların yeni tərkibinin yaxın vaxtlarda təsdiq edilməsi barədə razılıq edilmişdir.

Tərəflər, həmçinin Əmmanda fəaliyyət göstərən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət proqramının təsdiq edilməsi məqsədilə Dostluq Cəmiyyəti idarə heyətinin fevral ayının ilk günlərində iclasının təşkil edilməsi, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı silsilə mərasimlərin keçirilməsi barədə razılığa gəlmişlər.

AzərTAc

Digər xəbərlər