"Davos İqtisadi Forumun həm iqtisadi, həm də siyasi baxımından çox böyük əhəmiyyətə malikdir. Forum iqtisadi baxımdan dövlətlərin dünya sistemindəki yerini, rolunu, onların potensialını, real imkanlarını qiymətləndirmək üçün unikal bir məkandır". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli forumun nəticələri haqqında danışarkən deyib.Onun sözlərinə görə, ölkəmizin bu forumda iştirak etməsi və Prezident İlham Əliyevin hər ilin yanvar ayında Davos İqtisadi Forumuna qatılması, bir sıra parametrlər üzrə mühüm əhəmiyyətə malikdir: "Forumda dünyanın ən nəhəng şirkətləri və onların rəhbərləri, eyni zamanda həm iqtisadi, həm də siyasi elita təmsil olunur. Bu baxımdan ölkəmizin forumda təmsil olunması, Azərbaycanın iqtisadi- inkişaf nailiyyətlərini təkcə neft sektorunda deyil, həm də qeyri-neft sektorunda geniş imkan və potensiala malik olduğunu nümayiş etdirmək baxımından unikal bir şansdır. Bundan əlavə forum Azərbaycanın bu imkanlarını reklam etməklə nəhəng şirkətlərin ölkə iqtisadiyyatına və onun müxtəlif sahələrinə, xüsusilə də qeyri-neft sektoruna cəlb edilməsi baxımından da mühümdür".Politoloq vurğulayıb ki, forumun digər əhəmiyyəti onun siyasi yükə malik olmasıdır: "Forumda dövlət başçıları təmsil olunur və orada çox ciddi siyasi məsələlər müzakirə olunur. Bu baxımdan Davos Forumu həm də siyasi məsələlərin müzakirə meydanıdır. Prezident İlham Əliyev forum çərçivəsində bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib və ikitərəfli təmaslar qurub. Bu görüşlər ölkəmizin imkanlarının, iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin, ölkəmizin regionda sabit və stabil bir ölkə kimi nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Davos Forumu üçün olduqca tanış və yaxın bir partnyordur. Davos forumunun ötən il ölkəmizdə keçirilməsi dünya siyasi- iqtisadi elitasının paytaxtda toplanması bir daha onu göstərdi ki, Davos forumu Azərbaycanın qazandığı uğurların dünyada təqdimatı baxımından çox unikal bir məkana çevrilib. Həm biz forum üçün, həm də forum bizim üçün mühüm əhəmiyyətə malikdir".E. Nəsirli həmçinin vurğulayıb ki, forum Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatıdırılmasında da mühüm rola malikdir: "Bu, bizim üçün şans idi və ölkə başçısı da bu imkandan maksimum faydalandı və istifadə etdi. Hesab edirəm ki, ölkə başçısının bu forumda iştirakının real nəticələrini bundan sonra hiss edəcəyik. Xarici investrların Azərbaycan iqtisadiyyatına marağının bundan sonra daha artacağı istisna deyil. Hər kəsə məlumdur ki, Ermənistan bu cür forumlarda iştirak edə bilmir. Çünki onun orada nümayiş etdirə biləcəyi heç nəyi yoxdur. İflas şəkildə olan ölkənin hansı uğurundan danışmaq olar? Lakin bəzi investrlar var ki, Ermənistanın bu vəziyyətindən xəbərsizdirlər. Bu forum sayəsində onlar bu haqda məlumat almış olurlar və belə halda xarici investisyaçılar üçün seçim etmək şansı yaranır. Bir sözlə, builki Forum Azərbaycanın həm beynəlxalq, həm iqtisadi, həm də siyasi mövqelərinin daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərmiş oldu".
sia.az