Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulur.
sia.az