PDF Oxu

Siyasət

  • 4

AŞPA-nın yeni sədri: Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır

AŞPA-nın yeni sədri: Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri lüksemburqlu deputat, xanım An Brassör öz fəaliyyət proqramını açıqlamışdır.

O bildirmişdir ki, Avropa Şurasının demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri onun fəaliyyət proqramının əsasını təşkil edəcəkdir. AŞPA-nın yeni sədri demişdir: "Bununla belə, səlahiyyət müddətimdə digər məsələlərlə yanaşı əsasən beş problemə xüsusi diqqət yetirəcəyəm. Bunlar rasizm, antisemitizm, ksenofobiya hallarına qarşı mübarizə, Şimali Afrika, Yaxın Şərq və Orta Asiya ölkələri ilə "Demokratiya naminə tərəfdaşlıq" çərçivəsində əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, Avropa İttifaqı ilə əməkdaşlıq və təşkilatımızın prosedur qaydalarında islahatların aparılmasıdır".

Xanım A. Brasör qeyd etmişdir ki, Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır. Bu, qitənin sabitliyinin yeganə qarantıdır. Buna görə, bizi ayıran yox, birləşdirən dəyərlərə önəm verməliyik.

sia.az

Digər xəbərlər