Fevralın 4-də Belarus paytaxtında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclası keçiriləcəkdir.
Fevralın 11-12-də isə Minskdə MDB iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziya siyasətinin formalaşmasının və həyata keçirilməsinin ümumi prinsipləri nəzərə alınmaqla insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması konsepsiyasının layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
sia.az