Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti - 35-ci iclası keçiriləcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcəkdir.
Səfər çərçivəsində Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulmuşdur.
AzərTAc