Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycan ilə bu ölkə arasında ticarət dövriyyəsi 1,35 milyard ABŞ dolları təşkil etmişdir. Bu göstərici 2012-ci illə müqayisədə 7,14 faiz çoxdur.
Məlumatda qeyd olunmuşdur ki, Gürcüstanın ticarət tərəfdaşları arasında Türkiyədən sonra Azərbaycanın ikinci yeri tutur.
Keçən il Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 1,53 milyard dollara çatmışdır.
yap.org.az