PDF Oxu

Siyasət

  • 11

Nazim İbrahimov: Diaspor quruculuğu baxımından 2013-cü il uğurlu il oldu

Nazim İbrahimov: Diaspor quruculuğu baxımından 2013-cü il uğurlu il oldu

"Ötən ilə nəzərə salsaq diaspor quruculuğu baxımından 2013-cü ilin uğurlu il olduğunu demək mümkündür. Hər il olduğu kimi, bu il də soydaşlarımızın təşkilatlanması, onlar arasında birliyin təmin olunması istiqamətində önəmli addımlar atıldı. Həmvətənlilərimizin yaşadıqları cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsi işinə cəlb olunması istiqamətində də kifayət qədər nəzərəçarpacaq tədbirlər həyata keçirildi". Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, diaspor təşkilatları lobbi quruculuğu istiqamətində də səylərini əsirgəmədilər. Belə ki, fəaliyyət göstərdikləri ölkələrin dövlət orqanları, kütləvi informasiya vasitələri, siyasi partiyaları, qeyri-hökumət təşkilatları ilə möhkəm əlaqələr qurmağa nail oldular. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar və gənclər də daim diqqət mərkəzimizdədir.

"Onlar üçün müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasını tədris etməyə çalışırıq. Bu məqsədlə bu il komitəmizin təşkilatçılığı ilə distant təhsil üzrə layihə reallaşmışdır. Onu da qeyd edim ki, azərbaycanlı uşaqların milli ruhda tərbiyə olunmasına xidmət edən Distant təhsil mərkəzinin fəaliyyətini 2014-cü ildə daha da genişləndirmək niyyətindəyik"- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər