Millət vəkili AŞPA-da Xocalı Soyqırımından danışıb və Ermənistan nümayəndə heyətinə sərt cavab verib
AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun qış sessiyasında "Avropada rasizmin, nifrət və tolerantsızlığın artması" mövzusu ətrafında məruzə ilə çıxış edib. SİA-nın xəbərinə görə, Gunnarsın hazırladığı qətnamə layihəsi ilə bağlı çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün müzakirə edilən mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacib və əhəmiyyətlidir.O çıxışı zamanı vurğulayıb ki, rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması hər kəsi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleya daha çox işlər görməlidir: "Özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm və tolerantsızlığın yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasi vasitələri ilə siyasətçilərin gənc nəsillərdə Azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-bsbs torpaqlarından zorla, əziyyət edilərək qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir. Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər".Xocalı Soyqırımından danışan millət vəkili qeyd edib ki, AŞPA bu cür insan haqları pozuntusuna susmamalıdır.Qənirə Paşayeva Assamleyada Azərbaycan və ölkə başçısı İlham Əliyev haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib: "Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan zəbt etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Biz az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla, xüsusilə də dövlət başçısı İlham Əliyevlə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz. Sadəcə bir neçə fakt səsləndirmək istəyirəm. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsinə baxmayaraq, bu gün də Azərbaycanda minlərlə erməni kökənli insanlar yaşayır. Siz öz səfəriniz zamanı onlarla görüşə, söhbət edə və onlara qarşı azərbaycanlıların hər hansı mənfi addımlar atmadığını görə bilərsiniz. Lakin gəlin baxaq görək, Ermənistanda vəziyyət necədir. Bu gün Ermənistanda azərbaycanlılar yaşamır. Çünki onlar Ermənistanda aparılan etnik təmizləmə nəticəsində tamamilə qovulublar. Öz torpaqlarından qovulan bu insanlar qaçqına çevrildilər. Təəssüf ki, Ermənistandan olan millət vəkilləri Assambleyaya doğru olmayan məlumatlar verirlər və bununla da gərginliyin daha da artmasına səbəb olurlar. Siz onları bu addımlardan əl çəkməyə çağırmalısınız".Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda Azərbaycanda müxtəlif millətlərə və dinlərə məxsus insanların mehriban yaşadığı bir ölkə olduğunu və bu istiqamətdə bir çox ölkələrə gözəl bir örnək olduğunu da deyərək Azərbaycanın bu istiqamətdə apardığı işlərdən danışıb.
sia.az