"Təəssüf hissi ilə qeyd edirəm ki, son günlər cəbhə bölgəsində vəziyyət gərginləşib. Avropa İttifaqı bu məsələni daim diqqət mərkəzində saxlayır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard deyib.Onun sözlərinə görə, cari həftənin bazarertəsi Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfər edib və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib: "Görüşlərdə Avropa İttifaqının bu münaqişənin sülh yolu ilə həll olunması istiqamətlərində Azərbaycan tərəfinə köməkliyi müzakirə olunub. Məsələnin həlli üçün birinci köməyimiz Minsk Qrupu vasitəsilə həyata keçirilə bilər. Biz həm Azərbaycan, həm də digər tərəflə görüşürük. Avropa İttifaqı həmsədrlərin və tərəflərin təkliflərini dinləməyə hazırdır".
sia.az