PDF Oxu

Siyasət

  • 13

“Naira Zohrabyan beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir”

“Naira Zohrabyan beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir”

Ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində "Avropada irqçilik və dözümsüzlüyün qarşısını almaq strategiyası", "polis irqçiliyinə qarşı mübarizə" haqqında məsələlər müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib ki, müzakirə olunan məsələlər hazırda Avropada olduqca mühüm və aktualdır: "Məlumdur ki, son illərdə Avropa onun siyasi və demokratik stabilliyinə təsir göstərən iqtisadi və maliyyə böhranlarının səbəb olduğu bir sıra problemlərlə üzləşir. Bu problemlərdən biri cəmiyyətin bütün təbəqələrinə təsir göstərən irqçilik və irqi diskriminasiyadır və heç bir institut rasizmdən sığortalanmayıb. Assambleya hüquq-mühafizə orqanlarında irqçilik məsələsinə də diqqət yetirməlidir. Bu sahədə Avropa Şurasına üzv ölkələrindəki ən yaxşı təcrübə nümunələri müəyyən edilməli, bu problemin qarşısının alınması üsulları yaradılmalıdır".Daha sonra Ermənistan nümayəndəsi Naira Zohrabyanın Azərbaycan haqqında fikirlərinə münasibət bildirən Sahibə Qafarova deyib ki, N.Zohrabyan ermənilərə xas üslubda azərbaycanlılar haqqında yalnış fikirlər söyləyərək beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir: "Zohrabyanın fikirləri heç bir əsasa, məntiqə söykənmir. Millət vəkili deyib ki, Azərbaycan xalqı təkcə azərbaycanlılardan ibarət deyil, bizim cəmiyyətimiz çoxmədəniyyətlidir. Azərbaycan məscid, kilsə və sinaqoqun sülh içində birgə mövcud olduğu ölkələrdən biridir. Azərbaycan bir çox etnik qrupların vətənidir. Onlar yüzillər boyunca Azərbacan torpaqlarında harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yəhudilər, ruslar, gürcülər, ukraynalılar, ermənilər və digərləri bərabər hüquqlara malikdir. Bu, bir həqiqətdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır və Ermənistandan və işğal altındakı Azərbaycan torpaqlarından 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Burada Azərbaycan haqqında yanlış məlumat verən xanım Zöhrabyana məsləhət görərdim ki, internetdə axtarış aparsın və Serj Sarkisyanın yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özünün verdiyi müsahibəni tapsın. Onlar azərbaycanlı olduqları üçün öldürüldülər. Bu, irqçilikdir".

sia.az

Digər xəbərlər