PDF Oxu

Siyasət

  • 8

Elçin Mirzəbəyli: “Fransa Türkiyəni özünə rəqib sayan ölkədir”

Elçin Mirzəbəyli: “Fransa Türkiyəni özünə rəqib sayan ölkədir”

"Türkiyədə hökumət daxilində proseslərin baş verməsi, korrupsiya faktları ilə bağlı həbslər qardaş ölkəyə xələl verdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli Fransa prezidenti Fransua Ollandın Türkiyəyə səfəri çərçivəsində qonrama "erməni soyqırımı" haqqında irəli sürdüyü iddialara münasibətini açıqlayarkən qeyd edib.Fransanın da öz növbəsində Türkiyədə yaranmış vəziyyətdən istifadə etməyə çalışdığını deyən politoloq onu da bildirib ki, Ollandın bu kimi açıqlaması təzyiq xarakteri daşıyır: "Fransa Avropa Birliyinin ən aparıcı dövlətlərindən olmaqla Türkiyənin Avropa Birliyinə inteqrasiyasının əleyhinə çıxışlar edib. O, Türkiyəni özünə rəqib sayan bir dövlətdir. Fransa prezidentinin nə qədər loyal bəyanat verməsindən asılı olmayaraq bu reallıq heç vaxt dəyişməyəcək".Elçin Mirzəbəyli həmçinin bildirib ki, əslində, Fransua Ollandın belə bir açıqlama verməsi ilk olaraq, Türkiyəyə təzyiq xarakter daşıyır, digər tərəfdən də Fransadakı erməni diasporasının maraqlarına xidmət edir: "Burada təzyiq vasitəsi ilə yanaşı erməni diasporasının da maraqları rol oynayır. Fransa isə bildiyimiz qədər erməni diasporunun maraqlarını zaman-zaman açıq şəkildə dəstəkləyib".

sia.az

Digər xəbərlər