"Baxmayaraq Azərbaycanla Ermənistan arasında 1994-cü il mayın 8-də Bişkekdə atəşkəs haqqında razılaşma əldə olunub, ancaq o dövrdən bu günə kimi təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejimi mütəmadi olaraq pozulur". Bunu SİA-ya millət vəkili Elton Məmmədov ermənilər tərəfindən cəbhə xəttində baş verən təxribatlara münasibət bildirərkən deyib."Təbii ki, buna da təsir edən qüvvələr mövcuddur. Bu, heç də gizli deyil. Məlumdur ki, işğalçı ölkənin ərazisində Rusiyaya məxsus ordu və qoşunlar cəmləşib. Belə olan halda düşünürəm ki, Ermənistan tərəfi danışıqlara gedənə kimi imzalanan sülh, atəşkəs müqaviləsinə əməl etməlidir və bundan irəli gələn məsələlər pozulmamalıdır. Bütün bunlara baxmayaraq, onlar öz çirkin niyyətlərini yenə də həyata keçirirlər və bunun da davam etdirilməsində maraqlıdırlar" - deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az