Sabah Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihəsi çərçivəsində hazırlanan video çarxın təqdimat mərasimi keçirəcək. SİA-nın məlumatına görə, layihə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud olan insanlara qarşı cəmiyyətdə və xüsusi qayğıya ehtiyac olan uşaqlar arasında yeni münasibətlər qurmaq, onların cəmiyyətə inteqrasiyalarını asanlaşdırmaq, uşaqların problemlərinin həllində valideynlərə ailənin malik olduğu imkanı, potensialı göstərmək istiqamətində fəaliyyət həyata keçirməkdən ibarətdir.Xatırladaq ki, 2013-cü il sentyabr ayından başlayaraq Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihəsinin icrasına başlamışdır.Qeyd edək ki, layihə 2014-cü il sentyabr ayında sona yetəcək.
sia.az