PDF Oxu

Siyasət

  • 11

Fuad Muradov: Ermənistan separatizm üzərinə qurulan dövlətdir

Fuad Muradov: Ermənistan separatizm üzərinə qurulan dövlətdir

"Ermənistan bütün öhdəliklərininin yerinə yetirilməsindən boyun qaçırır". bu, Ermənistanın siyasətidir. Bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir". Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, atəşkəs rejiminin pozulması hər dəfə ya xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur. Onun sözlərinə görə, işğalçı dövlət rəhbərliyinin əsas məqsədi hakimiyyətini qorumaqdır.

"Bu danılmaz faktdır ki, Ermənistan separatizm üzərinə qurulan dövlətdir. Dövlətin mahiyyəti isə parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif ölkələrdə yerləşdirməkdir"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər