PDF Oxu

Siyasət

  • 10

Musa Quliyev: Səhiyyə Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətlərindən biridir

Musa Quliyev: Səhiyyə Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətlərindən biridir

"Sosial sahə olaraq səhiyyə də Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətlərindən biridir. Dövlət bu sahəyə daim diqqət və qayğı göstərir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, son illərdə xeyli sayda tibb ocaqları istifadəyə verilib və əsaslı təmir olunub. Həmin xəstəxanalar tamamilə müasir texnologiyalarla və avadanlıqlarla təchiz edilib. Bu xəstəxanalarda xəstələrin stasionar şəraitdə müalicə olunması, qalması və sağlamlıqlarının bərpa olunması üçün yüksək səviyyədə şərait yaradılıb. Onun sözlərinə görə, dövlətin səhiyyə sistemini maliyyələşdirməsi əhalinin sosial və sağlamlıq vəziyyətinin yaxşılaşdırmaqdan ibarətdir.

"Səhiyyə sistemində kadr təminatının yaxşılaşdırılması müasir texnologiyadan və müalicə cihazlarını işlədə bilən kadrların hazırlanması üçün lazımi işlər görülür. Hər il Azərbaycandan müəyyən sayda tibb işçisi təcrübəsinin artırılması məqsədilə xarici ölkələrə göndərilir. Həkimlər həmin ölkələrdə kurslar keçir və təcrübə qazanırlar. Onlar qazandıqları təcrübəni ölkəyə qayıdaraq mükəmməl səviyyədə tətbiq edirlər. Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində rezidentura sistemi yaradılıb. Bütövlükdə götürdükdə isə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait artırılıb. Səhiyyəyə ayrılan diqqət və qayğının nəticəsində ana və uşaq ölümləri minimum səviyyəyə enib. Bir sözlə, səhiyyə əsas prioritet istiqamətlərdən biridir və dövlətimiz bu sahəyə daim qayğı göstərir"- deyə, M.Quliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər