PDF Oxu

Siyasət

  • 5

Sevinc Fətəliyeva: Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir

Sevinc Fətəliyeva: Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı hesabatın müzakirəsi zamanı Azərbaycanda internetin azad olduğu və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə çatdırılıb.

Belə ki, mövzu ətrafında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsinitəmin edir. Elektron hökumətin yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir. İnternet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri də müşahidə olunur.

Millət vəkili çıxışında Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir.

"Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib"- deyə, S.Fətəliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər