PDF Oxu

Siyasət

  • 12

YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyi "Gənclər günü" ilə bağlı tədbir keçirib

YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyi "Gənclər günü" ilə bağlı tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyi 2 fevral "Gənclər günü" ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elməddin Əmirov və təşkilatın fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev bildirib ki, tədbirin əsas mövzusunu 2 fevral "Gənclər günü" təşkil edir.

Onun sözlərinə görə, dünyada 200-dən artıq ölkə olsa da, heç bir ölkədə gənclərlə bağlı xüsusi bir gün yoxdur: "Biz bu günə görə Ümummilli Lider Heydər Əliyevə təşəkkür etməliyik. Hər kəs 1990- cı illərdə ölkəmizdə vəziyyətin necə olduğunu bilir. Lakin Ulu Öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə gedən hərc mərcliyə son qoyuldu və Ümummilli Liderin qarşıya qoyduğu əsas şərtlərdən də biri gənclər siyasəti ilə bağlı olub. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildə Azərbaycanda Gənclərin I Forumu keçirildi və bu forumda 2 fevral gününün əsası qoyulub. Bu gün ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün geniş arena yaradılıb. Ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb".

Daha sonra söz alan sədr müavini Elməddin Əmirov təşkilatın ötən il gördüyü işlər haqqında hesabat verib: "Ötən il YAP Yasamal rayon Gənclər Birliyi tərəfindən çox işlər görülüb. Belə ki, 2013- cü ildə birlik tərəfindən Ulu Öndərin doğum günü ilə əlaqədar voleybol və futbol turnirləri keçirilib. Qaliblər təşkilat tərəfindən mükafatlandırılıb. Həmçinin ötən il voleybol komandamız Respublikada təşkilatlar arasında keçirilən yarışmada I yeri tutub. Ötən il təşkilatın aktiv üzvlərindən bir neçəsi YAP Gənclər Birliyinin ofisində işlə təmin olunublar. Bundan əlavə ötən il təşkilatımız sosial şəbəkədə də öz fəallığı ilə seçilib. Buna görə partiya rəhbərliyi tərəfindən 4 nəfərə diplom təqdim edilib. 2013-cü ildə birlik ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində gördüyü işlərdə də fərqlənib. Seçki ərəfəsində təşkilatımız tərəfindən müxtəlif aksiya, flaş-moblar keçirib. Seçki ərəfəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib, onlara birliyimiz tərəfindən mükafatlar təqdim edilib. Görülən işlərimiz çoxdur. Ümumilikdə götürsək, ötən il birliyimizin fəaliyyətində mühüm izlərlə yadda qalıb".

Tədbirin davamında təşkilatın fəalları ölkə gənclərini 2 fevral Gənclər günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzu ediblər.

sia.az

Digər xəbərlər