PDF Oxu

Siyasət

  • 6

Aydın Hüseynov: “Dağlıq Qarabağı ermənilərdən azad etmək üçün günlər yox, saatlar lazımdır”

Aydın Hüseynov: “Dağlıq Qarabağı ermənilərdən azad etmək üçün günlər yox, saatlar lazımdır”

"Bu ilin fevral ayında Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşün keçirilməsi planlaşdırılır. Amma çox təəssüf ki, ermənilər hər dəfə bu kimi görüşlərdən qaçırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov son günlər ermənilər tərəfindən cəbhə xəttində baş verən təxribatlara münasibət bildirərkən deyib.A. Hüseynovun sözlərinə görə, bu danışıqlar beynəlxalq hüquq müstəvisində davam etdirilir: "Hər bir görüşə hazırlıq dövründə ermənilər bu kimi təxribatları törədərək, məsələnin konstruktiv, sülh və danışıqlar prosesi çərçivəsində həllini uzadırlar. Bu gün Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı ictimaiyyəti lazımi məqamlarda lazımi məsələlərlə bağlı məlumatlandırır. İlk növbədə onu deyərdim ki, Azərbaycan ordusu artıq qüdrətli bir orduya çevrilib. Ölkəmizin müasir silahları, texnikaları və regionda güclü ordusu mövcuddur. Təbii ki, bu ordu da cəbhə xəttində müxtəlif manevrlər edə bilər. Bu gün Dağlıq Qarabağı işğalçı ölkədən azad etmək üçün Azərbaycan ordusuna günlər yox, saatlar lazımdır. Sadəcə olaraq dövlət başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu məsələlərin sülh və diplomatik yolu ilə həllinin tərəfdarıyıq".

sia.az

Digər xəbərlər