PDF Oxu

Siyasət

  • 15

Adil Əliyev: “Suriyaya döyüşməyə gedən şəxslərə cinayət işi açılmalıdır”

Adil Əliyev: “Suriyaya döyüşməyə gedən şəxslərə cinayət işi açılmalıdır”

"Azərbaycandan Suriyaya döyüşməyə gedən radikal dini təqiqətlərin üzvlərilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Onlar haqqında bütün məlumatlar toplanmalı və Suriyaya döyüşməyə gedən həmin şəxslər haqqında cinayət işi açılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Adil Əliyev bildirib.Həmin şəxslərin Azərbayan vətəndaşlığından çıxarılmasının vacibliyini qeyd edən millət vəkili A.Əliyev onu da əlavə edib ki, bu cür radikal dini təriqətlərin üzvləri potensial təhlükə mənbələridir: "O şəxslər Suriyaya gedir, orada ölənləri ölür, qalanları da qayıdıb Azərbaycana gələcəklər. Bu o deməkdir ki, Azərbaycana qayıdan həmin şəxslər ölkəmizdə də onları Suriyaya döyüşə göndərənlərin sözləri ilə oturub duracaqlar. Onların gələcəkdə cəmiyyətimiz üçün təhlükəsli olmasın deyə bu şəxslərin qarşısı təcili şəkildə alınmalıdır".

sia.az

Digər xəbərlər