PDF Oxu

Siyasət

  • 11

Vəfa Quluzadə: "Rusiyanın məqsədi Xəzərdə rotaya sahib olmaqdır"

Vəfa Quluzadə: "Rusiyanın məqsədi Xəzərdə rotaya sahib olmaqdır"

"Xəzər dənizinin hüquqi statusu heç vaxt müəyyənləşməyəcək. Çünki Rusiya və İran bu hövzəni yenidən bölmək istəyirlər". SİA-ya açıqlamasında "Xəzər" Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə belə deyib.Onun sözlərinə görə, Rusiyanın məqsədi Xəzər dənizində rotaya sahib olmaqdır: "Rəsmi Moskva Xəzərə rota yerləşdirməklə Qazaxıstandan Azərbaycana neft kəmərinin çəkilməsinin qarşısını almaq və digər bir sıra öz məqsədlərini həyata keçirmək istəyir. Rusiya artıq müəyyənləşdirib ki, Qazaxıstan, Türkmənistan və Azərbaycanı özündən asılı vəziyyətdə saxlaya biləcək və bu dövlətlərlə istədiyi şəkildə rəftar edəcək. Lakin İranla bu alınmayacaq. Çünki İran kolonial mahiyyətli dövlət deyil və gələcəkdə Xəzərdə Rusiyanın həyata keçirmək istədiyi planlarda İran ona böyük maneələr yarada bilər. Bu səbəbdən də Rusiya İranı bütün bu məsələlərdən uzaq tutmaq fikrindədir. İran isə təbii olaraq geri çəkilmək niyyətində deyil".Qeyd edək ki, 1921 və 1940-cı illərdə imzalanan sazişlər əsasında İran dörd dövlətlə bağlı beynəlxalq təşkilatlara şikayət edə bilər. Bu sazişlərə əsasən, İran Xəzər dənizinin müzakirəsi ilə əlaqədar olan bütün iclaslarda iştirak etməlidir. Əgər bu ölkələr Xəzərin enerji və ya geosiyası məsələləri üzrə hər hansı bir qərarın qəbul edilməsində İranı uzaqlaşdırsalar, İranın maraqlarına qarşı çıxmış olacaqlar.

sia.az

Digər xəbərlər