PDF Oxu

Siyasət

  • 12

"Avrasiya Birliyi" təşkilatı tərəfindən təşəkkürnamə təqdim olunub

"Avrasiya Birliyi" təşkilatı tərəfindən təşəkkürnamə təqdim olunub

23-26 yanvar tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri "Avrasiya Birliyi"təşkilatı tərəfindən həyata keçirilən "Gənclərin inkşafı və fəaliyyəti" dəyirmi masasında iştirak ediblər. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, 10-dan çox ölkənin təmsilçilərinin iştirak etdiyi tədbir Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycanı isə tədbirdə Azərbaycan Tövlət Neft Akademiyasının və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri Nurxan Babayev və Orxan Əzizov təmsil edib.Tədbir çərçivəsində fəaliyyətinə görə seçilmiş 7 iştirakçı Moskva Dövlət Universitetinin (MDU) rektoru tərəfindən "MDB ölkələrinin elm, təhsil və gənclərlə əlaqələrə verdiyi töhfəyə görə" fəxri fərmanı ilə təltif olunub. Təltif olunanlar arasında təmsilçimiz Nurxan Babayevən gənc laureatçı olub və "Avrasiya Birliyi" təşkilatının Azərbaycan nümayəndəliyinə üzv seçilib.26 yanvar tarixində MDU-nun 259 illiyi qeyd olunub və baş tutan mərasimdə ATGTİ-nin sədri Şahin İsmayilova təmsilçilərimizin fəallığı və iştirakına görə xüsusi təşəkkürnamə göndərilib.

sia.az

Digər xəbərlər