PDF Oxu

Siyasət

  • 4

Münhen Konfransında Orta Şərqdəki proseslər müzakirə edilib

Münhen Konfransında Orta Şərqdəki proseslər müzakirə edilib

Münhen Təhlükəsizlik Konfransının üçüncü və son günündə Orta Şərqdəki proseslər müzakirə edilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Orta Şərqin gələcəyi ilə bağlı tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya məsələsinə toxunaraq BMT-ni hərəkətə keçməyə çağırıb.Davudoğlu qeyd edib ki, Cenevrə-1 qərarları, mütləq BMT Təhlükəsizlik Şurasının qərarlarına çevrilməlidir. Bununla Suriya rejiminin, keçid hökuməti qurulmasına mane olmasının qarşısı alınmalıdır.İŞİD karvanına hücum edilməsinə də diqqəti çəkən Davudoğlu "Suriyadakı vəziyyətə müdaxilə etməmək üçün çox təmkinli rəftar etdik amma təhdid bizə tərəf yaxınlaşır" – deyə, sözlərinə əlavə edib.Tədbirdən sonra jurnalistlərin suallarına cavab verən xarici işlər naziri Davudoğlu Əsəd rejiminin Cenevrə Konfransındakı mövqeyini tənqid edib.Nazir deyib ki, Suriya rejiminin nümayəndələrinin özləri konfransda olsalar da fikirləri burda deyildi, çünki Cenevrə-1-in qərarlarını qəbul etmədilər. Keçid hökuməti qurulması məsələsindən heç nə danışmadılar.Davudoğlu, Türkiyə ilə Çin arasında raket müdafiə sistemləri ilə bağlı görüşlərə Qərbli ölkələr tərəfindən yönəldilən reaksiyalara dair suallara cavabında deyib ki, biz bu mövzuda qərar qəbul edərkən istehsalın mütləq Türkiyədə olması və texnologiya nəqliyyatını ehtiva etməsini istəyirik: "Narahatçılığın buradan qaynaqlandığını güman edirəm. Bu mənada narahatçılığımız həm başa düşülür, həm də təqdir edilir".

sia.az

Digər xəbərlər