Azərbaycan Gəncləri Günü Türkiyənin Kahramanmaraş şəhərində qeyd edilmişdir.
Türkiyə Gənclik və İdman Nazirliyinin Kahramanmaraş vilayət mərkəzində keçirilmiş tədbirdə Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun sədri Tural Şahbazlı demişdir ki, bu salona toplaşmış gənclər Azərbaycan və Türkiyə gəncləri arasında könüllü gənclər körpüsü yaratmışlar. Onun sözlərinə görə, iki qardaş ölkənin gənclərinin yeni layihələr həyata keçirilməsində qeyri-hökumət təşkilatları daha fəal olmalıdırlar.
Sonra, azərbaycanlı və türkiyəli gənclər xalqlarımızın ortaq sərvəti olan şeirlər və mahnılar səsləndirmiş, intellektual oyunlarda iştirak etmişlər.
AzərTAc