PDF Oxu

Siyasət

  • 8

Bir qrup fəal gənc mükafatlandırılmışdır

Bir qrup fəal gənc mükafatlandırılmışdır

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və "Odlar yurdu" gənclər ictimai birliyinin təşkilatçılığı ilə Gəncənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə "Fəal gənc" mükafatı təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, şəhər rəsmilərinin, ali və orta ixtisas təhsili müəssisələrinin, tələbə-gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, gənclər və idman baş idarəsinin rəisi Muşfiq Cəfərov, "Odlar yurdu" gənclər ictimai birliyinin sədri Nigar Ələsgərova və başqaları çıxış edərək ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən danışmışlar. Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi bu diqqət və qayğının nəticəsi kimi dəyərləndirilmişdir.

Sonra gənclərə "Gənc fəal" kuboku, diplom və hədiyyələr təqdim olunmuşdur. Tədbir əyləncəli proqramla davam etdirilmişdir.

AzərTAc

Digər xəbərlər