"Azərbaycanın təhsil strategiyasının əsasında Qərb təhsil modellərinə yiyələnmək dayanır. Bu gün bizim təhsil sistemimiz yüksək səviyyədə inkişaf edib və ölkəmiz bir çox beynəlxalq olimpiadalarda yüksək yer tutub". Bu fikirləri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
C.Bayramov bildirib ki, Azərbaycan gəncləri ölkənin təhsil siyasətini layiqli şəkildə davam etdirir. Onun sözlərinə görə, Azərbaycan təhsil sisteminin əsas məqsədi ölkənin gələcəyi üçün yüksək ixtisaslı, milli-mənəvi dəyərlərimizə sadiq olan, peşəkar kadrlar yetişdirməkdir.
"Ölkə rəhbərliyi də bu işdə müstəsna addımlar atır. Hazırda Azərbaycanın təhsil sistemi dünyanın bir çox ölkələrində yüksək təhsil sistemi kimi özünü təsdiq edib. Bu işdə isə Azərbaycan gəncləri yaxından iştirak edir"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az