PDF Oxu

Siyasət

  • 10

Rafael Hüseynov: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol tam təsdiqini tapmış həqiqiətdir

Rafael Hüseynov: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol tam təsdiqini tapmış həqiqiətdir

"Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlıqda ölkənin mövqeyini dəqiq və açıq ifadə edib. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyası dostluğa, qarşılıqlı dəstəyə əsaslanır və Azərbaycan heç vaxt öz enerji ehtiyatlarından başqa məqsədlər üçün istifadə etməyib, gələcəkdə də etməyəcək". Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol son illərdə tam təsdiqini tapmış həqiqiətdir. Onun sözlərinə görə, xüsusən ölkədə yeni açılan qaz yataqları bu əhəmiyyəti daha da artırır.

"Azərbaycanı cəlbedici edən təkcə o deyil ki, ölkə zəngin karbohidrogen ehtiyatlara malikdir. Ümdə şərtlərdən biri də budur ki, regionda enerji sistemləri şəbəkəsinin yeni və əlvan spektrini yaratmaqda qətiyyət göstərən Azərbaycan karbohidrogen məhsulların Mərkəzi Asiyadan Avropaya nəqli üçün də mühüm, həm də ən əsası – bu zaman risklər, problemlər vəd etməyən ölkədir. Bir tərəfdən Azərbaycan özü öz enerji resurslarını Türkiyə və Avropya nəql edir"deyə, R.Hüseynov vurğulayıb.

yap.org.az

Digər xəbərlər