İtaliyanın "La Repubblica" qəzeti Müqəddəs Roma katakombalarının Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bərpası prosesinin cari ilin aprelində başa çatacağı barədə məlumat yaymışdır.
Məlumatda bildirilir ki, aprel ayından etibarən Müqəddəs Roma katakombaları Vatikana gələn zəvvarların və turistlərin üzünə açıq elan olunacaqdır. Qeyd edilir ki, ərazisi 18 min kvadratmetr olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə bir töhfəsidir.
Yazıda Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karrunun katakombaların bərpası ilə bağlı verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığı da öz əksini tapmışdır.
yap.org.az