PDF Oxu

Siyasət

  • 7

Politoloq: “Rusiya Ermənistanda status-kvonu saxlamaq iddiasındadır”

Politoloq: “Rusiya Ermənistanda status-kvonu saxlamaq iddiasındadır”

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri mənasızdır". Bu haqda SİA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanda və Ermənistanda monitorinqlər keçirmək haqqında qarşılıqlı öhdəlik götürüb və o, bu öhdəliyinə sadiqdir: "Lakin qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli birbaşa Rusiyadan asılıdır. Rusiya isə hələ ki, bu məsələnin həllinə laqeyid yanaşır. Çünki, Rusiya da Ermənistanda status-kvonu saxlamaqda iddialıdır".Politoluqun fikrincə, ümumiyyətlə, ATƏT-in 20 illik fəaliyyəti dövründə həmsədrlərin regionu nəzərdə saxlayaraq monitorinqlər keçirmələri və mütəmadi səfər etmələri yetərli nəticə verməyib: "ATƏT müharibəni dayandırıb, danışıqlar davam edir və danışıqlar proesində müəyyən bir mexanizim yaranıb. Düşünürəm ki, əsas odur ki, müharibə yoxdur".

sia.az

Digər xəbərlər