Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan gəncliyinin problemləri və prespektivləri" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, gənclər günü Sovetlər dövründə - 1966-cı ildə ilk dəfə Azərbaycanda keçirilib. Bundan sonra isə bütün Sovet ölkələrində keçirilməyə başlayıb. Müstəqillik dövründə isə ilk dəfə 1997-ci ildə keçirilib.Daha sonra söz alan "Els" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova qeyd edib ki, hər bir insanın həyat boyu əldə etdiyi nailiyyətlər ilk növbədə vaxtı ilə etdiyi peşənin ilk seçiminin uğurlu olmasından asılıdır.İ.Yaqubova Bakı və Sumqayıt şəhərlərində keçirdikləri sorğu barədə məlumat verərək deyib ki, sorğu bu ilin yanvar ayında 312 nəfər 9-11-ci sinif şagirdləri arasında aparılıb: "Sorğuda iştirak edənlərin 38,8 faizi 9-cu sinif, 61,2 faizi isə 10-11-ci sinif şagirdləri var. Şagirdlərin 67,1 faizi ali təhsili, 32,9 faizi isə ilk peşə-ixtisas təhsilinin adını çəkib. Şagirdlərin 81,3 faizi orta məktəbi bitirdikdən sonra ali məktəblərə, 7,3 faizi isə texnikumlara, 4.8 fazi peşə liseylərinə verəcəklərini bildiriblər".Vurğulanıb ki, TQDK-nın hesabatında 2012-ci ildə ölkə məzunlarının 60,8 faizinin sənədlərini ali təhsil müəssisələrinə verdiyi göstərilib. Ölkə üzrə yalnız 27,5 faiz məzun ali mıktəbə qəbul olunub. 2013-cü ildə də eyni mənzərə müşahidə olunub. İmtahanlarda göstərdikləri biliklərə gəldikdə, abituriyentlərin yarısından çoxu (2012-ci ildə 64,65 faiz, 2013-cü ildə 65,0 faiz) 0-200 bal, yəni 2 qiymət alıb. 200-300 bal, yəni 3 qiymət alanların 15,06 faizi 2012-ci ildə, 13,80 faizi isə 2013-cü ildə qeydə alınıb. 300-500 bal, yəni 4 qiymət qazananlar – 15, 50 faiz 2012-ci ildə, 15, 70 faizi isı 2013-cü ildə qeydə alınıb. 500-700 baş, yəni 5 qiyməti alanlar 2012-ci ildə 4, 79 faiz, 2013-cü ildə isə 5,60 fazi təşkil edib.Tədbir diskussiyalarla davam etdirilib.
sia.az