PDF Oxu

Siyasət

  • 9

Sədaqət Vəliyeva: “Məgər Qurani-Kərimdə yazılıbmı ki, Bəşər Əsədə və ya onun ordusuna qarşı vuruşsan şəhid olacaqsan?”

Sədaqət Vəliyeva: “Məgər Qurani-Kərimdə yazılıbmı ki, Bəşər Əsədə və ya onun ordusuna qarşı vuruşsan şəhid olacaqsan?”

"Son günlər ərzində mətbuatdan və digər mənbələrdən Suriyada Azərbaycan vətəndaşlarının döyüşməsi və həlak olması haqqında məlumatlar alırıq. Elə ötən həftə Ermənistanın növbəti hücumları nəticəsində Azərbaycan ordusu 2 şəhid verdiyi halda, Suriyada nə üçünsə, vuruşan 3 azərbaycanlı həlak olub. Məhz, bu vəziyyət bizi bir daha bu məsələ ətrafında fikirləşməyə məcbur edir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva parlamentin plenar iclasında deyib.Deputat deyib ki, bu günə qədər müəyyən təhdidlər və siqnallar da var idi ki, bəzi təriqətlərdən olan şəxslərin qeyri-dini qrupların maraqlarına xidmət etməsi haqqında düşüncələri formalaşdırırdı: "Lakin dövlət dini radikalizmin qarşısını almaq niyyətini ortaya qoyan kimi həmin dindən silah kimi istifadə edən qeyri-dini qruplar Azərbaycanı vicdan azadlığını və dini sərbəstliyi pozmaqda ittiham edirlər. Amma bu gün müşahidə etdiyimiz proseslər onu göstərir ki, artıq dinlə bəzi dindarlar arasında uçurum formalaşır. Mən heç cürə başa düşə bilmirəm ki, Suriyada kiməsə qarşı vuruşmaq və ya eyni dinin daşıyıcılarının bir-birini məhv etməsi nə vaxtdan şəhidlik olub? Məgər Qurani-Kərimdə yazılıbmı ki, Bəşər Əsədə və ya onun ordusuna qarşı vuruşsan şəhid olacaqsan? Təbii ki, yox. Əgər Vətən naminə düşmənlə vuruşmaq niyyəti varsa, bizim Dağlıq Qarabağ kimi problemimiz və torpaqlarımızı işğal etmiş düşmənlərimiz var. Ona görə də, gedib Suriyada müəyyən pul müqabilində vuruşmaq nə dini, nə də Azərbaycançılıq kontekstinə sığmır. Dövlətin aidiyyatı qurumları bu problemlə bağlı apardıqları işi daha da genişləndirməlidirlər. Mətbuat isə hər zaman olduğu kimi bu məsələdə diqqətli olmalı və problemə qarşı mübarizə aparan dini və dövlət nümayəndələrinin ləkələnməsinə yol verməməlidirlər".

sia.az

Digər xəbərlər