Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 17-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün bu gün Türkiyənin İstanbul şəhərinə səfər edib. SİA-nın xəbərinə görə, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə bir çox ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, ictimai-siyasi xadimlər, habelə beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.Toplantıda Avrasiya məkanında yerləşən ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin dərinləşməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.Səfər fevralın 9-da başa çatacaq.
sia.az