"Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini Ermənistan xarici işlər nazirliyinin ştatda olan əməkdaşları kimi aparırlar. Çünki onlar aşkar şəkildə Azərbaycan xalqının heysiyyatını tapdalamaqdan çəkinmirlər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.Politoloq deyib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlik son zamanlar atəşkəsin pozulması nəticəsində Azərbaycanın iki zabitinin ölməsinə münasibət bildirmədi: "Ancaq Ermənistan əsgəri ölən kimi bunu "faciə" adlandırdı. Yəni bunu bəyan etməkdən çəkinmir. Erməniyə sübut etmək istəyir ki, ona verilən pul, hədiyyə "halal"dır. Erməni əsəgrinin ölümü "faciə"dirsə, Azərbaycan ordusunun iki zabitinin ölümü faciə deyil? Yəni Ceyms Uorlik bu düşüncə ilə vasitəçilik missiyasını həyata keçirəcək?"."Nə ABŞ-lı, nə də Rusiyalı həmsədr bir dəfə də olsun soruşmayıblar ki, Ermənistan ordusunun Azərbaycan torpağında nə işi var və hansı beynəlxalq hüquqa, razılaşmaya, nizamnaməyə əsasən bu ordu Azərbaycan ərazilərindədirlər? Hər il dörd dəfə Ermənistan prezidentinin əmrlə Azərbaycan torpağına hərbi xidmət keçməyə əsgər göndərməsi nə üçün onları maraqlandırmır? Ceyms Uorlik nə üçün düşünmür ki, Ermənistan ərazisindəki hərbi hissədə əsgər öləndə bu faciə olmur, ancaq qeyri-qanuni işğal etdiyi ərazidə öləndə "faciə" olur? Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu rüsvayçı dərəcədə məsələnin ağını çıxarıblar", deyə M.Əhmədoğlu vurğulayıb.Siyasi ekspert ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri C.Uorlikin erməni əsgərinin ölümünü "faciə" adlandırmasını qətiyyətlə pisləyərək təklif edib ki, C.Uorlik vasitəçilik missiyasından kənarlaşdırılmalı və Azərbaycana gəlişinə qadağa qoyulmalıdır: "Bu gün Ceyms Uorlik özünü qaniçən erməni kimi aparır. Doğrudur, ermənilər içərisində də Azərbaycanla münasibətlərin normallaşmasını istəyənlər var. Ancaq Ceyms Uorlik özünü işğalçı erməni kimi qələmə verir. Yəni işğalçı ermənilərlə onun düşüncə tərzi eynidir".Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunu bir struktur kimi fəaliyyətini dayandırıb: "Əgər Ceyms Uorlik vasitəçilk missiyasına hörmətlə yanaşsa, belə fikirlər bildirməzdi. Fransanın vasitəçilik missiyasına loyallığı və Rusiya ilə ABŞ-ın mövqeyinin yaxınlaşması göstərir ki, həmsədlər arasında fikir birliyi yoxdur. Bu onların mətbuata verdikləri açıqlamalardan da bəllidir".
sia.az