PDF Oxu

Siyasət

  • 7

YAP GB-da "Biomimetika: təbiətdəki texnologiyalar” adlı seminar keçirilib

YAP GB-da "Biomimetika: təbiətdəki texnologiyalar” adlı seminar keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "Biomimetika: təbiətdəki texnologiyalar" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminar "Təbiət elmləri" İctimai Birliyi ilə YAP GB-nin birgə təşkilatçılığı ilə baş tutub.İlk olaraq çıxış edən YAP Gənclər Birliyinin Ofisinin rəhbəri Sərraf Hüseynov bildirib ki, birlik hər zaman müxtəlif layihələrlə gənclərin maraq mövzusu olan bir sıra məsələlərə toxunur: "Seminarda təbiət aləmində baş verən maraqlı hadisələrlə bağlı gənclərə ətraflı məlumat veriləcək".Daha sonra İB-nin sədri Rövşən Əkbərov rəhbərlik etdiyi qurum barədə seminar iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 20 mindən çox gəncə təbiət elmlərinə aid mövzularda mühazirələr oxunub: "Təlimlər zamanı canlıların xüsusiyyətləri öyrənilərək sənayeyə tətbiq edilən ekoloji cəhətdən təmiz məmulatlar, məhsullar və texnologiyalar haqqında məlumat verilib. Hədsiz maraqla qarşılanan təlimlərin yenidən davam edəcəyi gözlənilir".Təlimçi təbiətdəki texnologiyalarla bağlı ətraflı məlumat verərək, insanların öz müasir və inkişaf etmiş texnologiyaları ilə təbiətdəki texnologiyaları sadəcə təqlid etdiklərini vurğulayıb. O, həmçinin təbiətdəki canlıların sahib olduqları üstün texnologiyalardan, göstərdikləri komuflyaj nümunələrindən, hipnoz etmək qabiliyyətindən danışıb.İnsan orqanizmindəki mükəmməl texnologiyalardan da bəhs edən təlimçi öz fikrini təbiəti qorumağın yalnız onu tanımaqla mümkün olacağını bildirməklə yekunlaşdırıb.Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər