PDF Oxu

Siyasət

  • 11

Strasburqda 23 yanvar 2014-cü il tarixdə Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdarə Heyətinin iclası keçirilib

Strasburqda 23 yanvar 2014-cü il tarixdə Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdarə Heyətinin iclası keçirilib

Son dövrlər Avropada və bir çox dünya ölkələrində idmanda manipulyasiya və xüsusən də matçların nəticələrinin razılaşdırılması hallarının artması Beynəlxalq Olimpiya Komitəsi, FİFA və digər beynəlxalq qurumları narahat edən ciddi bir problemə çevrilmişdir. Bu problemi aradan qaldırmaq, idmanda şəffaflığı təmin etmək məqsədilə Avropa Şurası bir sıra tədbirlər həyata keçirməyə başlamışdır. Bu məqsədlə 11 dekabr 2008-ci il tarixdə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa İdman Nazirlərinin 11-ci konfransında təklif olunan və 22 sentyabr 2010-cu il tarixdə Bakıda keçirilən Avropa İdman Nazirlərinin 18-ci qeyri-formal konfransında xüsusi qətnaməsi qəbul olunan və 15 mart 2012-ci il tarixdə Serbiyanın Belqrad şəhərində keçirilən Avropa İdman Nazirlərinin 12-ci konfransında tərtib olunması qərara alınan Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdmanda manipulyasiya, xüsusi ilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair Avropa Şurasının Konvensiya layihəsinin tərtib edilməsi ilə əlaqədar İşçi Qrupu yaradılmışdır.

2012-ci ildə işçi qrupunun ilk yığıncağı keçirilmiş və konvensiya layihəsinin tərtib olunması işinə başlanmışdır. Bir ildən çox müddət ərzində konvensiyanın ilkin layihəsi hazırlanmış, 21-22 yanvar 2014-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdmanda manipulyasiya, xüsusi ilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair Avropa Şurasının Konvensiya layihəsinin İşçi Qrupunun növbəti 6-cı (sonuncu) iclasında Konvensiya layihəsinin son variantı razılaşdırılmış və müzakirə olunması və rəy verilməsi üçün İdarə Heyəti iclasına təqdim olunmuşdur.

23 yanvar 2014-cü il tarixdə IGHS-in (EPAS) İdarə Heyətinin iclası keçirilmişdir.İclasda Avropa ölkələrinin və EPAS-a üzv olan digər qitələrin ölkələrinin nümayəndələri iştirak etmiş, İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişin (EPAS) İdmanda manipulyasiya, xüsusi ilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair Avropa Şurasının Konvensiya layihəsinin son variantına baxılmış, müvafiq rəy və qərarların qəbulundan sonra yekun variant baxılması üçün Avropa Şurasının müvafiq qurumlarına göndərilmişdir.23 yanvar tarixdə keçirilən ölkələrin məsul nümayəndələrinin iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Nərmin Məmmədovaiştirak etmişlər.

Konvensiyanın 2014-cü ilin sentyabr ayında Avropa Şurası İdman Nazirlərinin İsveçrədə keçiriləcək 13-cü Konfransıında imzalanma üçün təqdim olunması nəzərdə tutulur.

yap.org. az

Digər xəbərlər