Fevralın 5-də ölkə Prezidenti tərəfindən gənclər üçün təsis olunmuş mükafat öz sahiblərinə təqdim olunacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
A.Rəhimov bildirib ki, mükafat əsasən "elm", "təhsil", "mədəniyyət" və "ictimai işlər" nominasiyalarında olacaq. Onun sözlərinə görə, bu, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində olan bir müddəadır.
"Çox şadıq ki, belə yüksək mükafat bizim gənclərimizə təqdim olunacaq. Bu il Azərbaycanda gənclərlə bağlı çox sayda müxtəlif tədbirlər həyata keçiriləcək.
Bunlardan əsasən milli intellektual oyunlar, Azərbaycan gənclərinin forumu, ilk dəfə olaraq dünyada qlobal gənclərin forumu keçiriləcək. Eyni zamanda, idman sahəsində də müxtəlif tədbirlər həyata keçiriləcək. Buraya isə Avropa Çempionatı, dünya idman jurnalistlərinin konqresi aiddir. Bir sözlə, qarşıda çox maraqlı il yaşayacağıq"- deyə, nazir vurğulayıb.
yap.org.az