PDF Oxu

Siyasət

  • 10

Rasim Musabəyov: Ermənistana ciddi beynəlxalq təzyiqlər olmasa, münaqişənin həlli üçün addım atmayacaq

Rasim Musabəyov: Ermənistana ciddi beynəlxalq təzyiqlər olmasa, münaqişənin həlli üçün addım atmayacaq

"Ermənistana ciddi beynəlxalq təzyiqlər olmasa, münaqişənin həlli üçün addım atmayacaq". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, işğalçı dövlət açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistanın bu mövqeyini sükutla qarşılayır.

"İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək. Ümumiyyətlə, bu münaqişənin həllinə beynəlxalq münasibətlər sistemindəki vəziyyət, güc mərkəzləri arasındakı münasibətlər böyük təsir göstərir. Bu güc mərkəzləri arasında gedən geostrateji mübarizənin bir hissəsi isə Qafqaza düşür və burada uğur qazanılması üçün Azərbaycanın mövqeyi labüddür"- deyə, politoloq qeyd edib.

yap. org. az

Digər xəbərlər